Bütun bölmələr >> Cəmiyyət

Son yeniləmə: 0000-00-00 00:00:00 AKGB - Azərbaycan Könüllü Gənclər Birliyi

Son yeniləmə: 0000-00-00 00:00:00 En aktiv ve real sorguların içtirakçısı olun

Son yeniləmə: 0000-00-00 00:00:00 SALAM ALLAHYARLILAR

Son yeniləmə: 0000-00-00 00:00:00 ABS-da qanun cercivesinde yasamaq

Son yeniləmə: 0000-00-00 00:00:00 Korrupsiya

Son yeniləmə: 2008-02-03 02:11:32 bunlar menim anilarim

Son yeniləmə: 0000-00-00 00:00:00 ELANLAR

Son yeniləmə: 2008-04-20 16:38:32 HIKMƏTLİ SÖZLƏR...
***
Yarat bir əsər ki, adın ucalsın
Sən ölüb gedərkən yerində qalsın.

Ə.Cami
***
Bir il sonrasını düşünürsənsə toxum ək,
Ağac ək, əgər on il sonrasını düşünürsənsə.
Amma yüz il sonrasını düşündüyündə xalqı öyrət.
Bir dəfə məhsul verər əgər sən əksən toxum,
Bir dəfə ağac əksən bu on il məhsul verər.
Yüz dəfə olar məhsul əgər öyrətsən xalqı.
Balıq versən, bir dəfə doyurarsan sən xalqı,
Öyrətsən əgər balıq tutmağı həmişə doyar qarnı.

Konfutsi.
***
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucaqılda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar inan!
Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikantək çiynində tut yarağını,
O vaxt qucaqlarsan gül budağını.
İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!

Nizami Gəncəvi (Leyli və Məcnun)
***
Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

Baba Pünhan
***

my msn : etudiant_dia@hotmail.com
my e-mail : kerimli.xetai@gmail.com
***
X.A.K.
***

Son yeniləmə: 0000-00-00 00:00:00 QHT

Son yeniləmə: 0000-00-00 00:00:00 Bizim ordumuz gücludür ve her an torpaqlarimizi almaga qadiriz