"AzeriBlog"da necə hesab açım?
"AzeriBlog" saytında "Qeydiyyat" səhifəsinə daxil olaraq verilən bölmələri doldurub özününzə şəxsi blog hesabı yarada bilərsiniz. Çalışın blog ünvanınızda Azərbaycan milli hərflərindən istifadəyə yol verməyəsiniz. Məsələn blog adında "ə,ö,ü,ı,ğ" kimi hərflərdən istifadə qadağandır. Əks təqdirdə blog yaratmaq imkanın olmayacaq.
"AzeriBlog"da necə blog açım?
"AzeriBlog" saytında hər hansı bir hesaba sahib olmaqla yanaşı eyni zamanda bloga da sahib olursunuz. Bunun üçün siz "AzeriBlog" əsas səhifəsində hesabınıza daxil olaraq bir blog yaratmış olursunuz. Blogunuzda yeni yazı yazmaqla bərabər blogunuz işlək vəziyyətdə olduğuna şahid ola bilərsiniz.
Blogumda necə yazı yaza bilərəm?
Blogda yazı yazmaq üçün ilk öncə hesabınıza daxil olmalısınız. Hesaba daxil olduqdan sonra sonra sol tərəfdəki menyudan "Yazılar" bölməsindəki „Yeni yazı“ səhifəsinə keçərək blogunuzda yeni yazı yazmaq imkanınız var. Çalışın yeni yazı yazarkən başlığı yazmağı unutmayın. Həmçinin „Yazı mətni“ yazılan yerdə blogunuzun əsas səhifəsində görmək istədiyiniz yazını yerləşdirə, davamı üçün isə „Yazı mətni davamı“ düyməsini vuraraq ora qeyd edə bilərsiniz.
Blogumda yeni bölmə necə əlavə edə bilərəm?
Blogunuzda yeni bölmə əlavə etmək üçün sol tərəfdəki menyudan „Bölmələr“ bölməsindəki „Yeni bölmə“ səhifəsinə keçərək blogunuza yeni bölmə əlavə edə bilərsiniz.
Blogumda dost saytlara neçə keçid verə bilərəm?
Blogunuzda dost saytların keçidlərini yerləşdirmək üçün sol tərəfdəki menyudan „Keçidlər“ bölməsindəki „Keçid əlavə et“ səhifəsinə keçərək istədiyiniz sayt ünvanını yazıb, blogda görsənməsinə imkan yarada bilərsiniz.
Blogumda dost və ya dostlarım necə istifadə edə bilərlər?
Blogunuzda hər hansı bir dostunuzun fəaliyyət göstərməyini istəyirsinizsə „İstifadəçilər“ bölməsindəki „Yeni istifadəçi“ səhifəsinə keçərək dostunuzun adını və ya istifadəçi adını daxil etməlisiniz. Daha sonra hansı vəzifənin səlahiyyətlərini istəsəniz ona tətbiq edə bilərsiniz.
Blogdakı yazılarımı necə redaktə edim?
Blogdakı yazıları redaktə etmək üçün „Yazılar“ bölməsindəki eyni adlı səhifəyə daxil olaraq redaktə etmək istədiyiniz yazının önündəki „Düzəlt“ düyməsindən istifadə edərək yazılarınızı redaktə edə və ya „Sil“ düyməsi vasitəsiylə silə bilərsiniz.
Blogdakı şərhləri necə redaktə edim?
Bunun üçün „Şərhlər“ bölməsindəki „Bəyənilmiş“ səhifəsinə keçərək blogunuzda mövcud olan şərhləri „Düzəlt“ düyməsi vasitəsiylə redaktə edə, „Sil“ düyməsi vasitəsiylə isə silə bilərsiniz.
Blogumun şifrəsini necə dəyişə bilərəm?
Blogunuzun şifrəsini dəyişdirmək üçün „İstifadəçilər“ bölməsindəki „Şəxsi məlumat“ səhifəsinə daxil olaraq „Şifrə“ haqqındakı bölmədə iki dəfə olmaq üzrə yeni şifrənizi daxil edib „Dəyişikliyi qeyd et“ düyməsinə vurmağınız kifayətdir.
Blogumdakı öz haqqımda məlumatı necə dəyişə bilərəm?
Bunun üçün „İstifadəçilər“ bölməsindəki „Şəxsi məlumat“ səhifəsinə daxil olub „Özünüz barədə məlumat“ bölgəsində redaktə aparmağınız kifayətdir. Daha sonra isə „Dəyişikliyi qeyd et“ düyməsinə vurun.
Blogda məlumat rəsmimi necə əlavə edə və ya dəyişə bilərəm?
Bunun üçün „İstifadəçilər“ bölməsindəki „Məlumat rəsminiz“ səhifəsinə daxil olaraq kompyuterinizdən yeni bir rəsm seçib əlavə edə bilərsiniz. Dəyişdirmək üçün isə mövcud rəsmi sildikdən sonra istədiyiniz rəsmi əlavə edib dəyişdirmək mümkündür.
Blogumda ilk əsas səhifədəki yazıların sayını necə dəyişə bilərəm?
Bunun üçün „Xüsusiyətlər“ bölməsindəki „Ümumi“ səhifəsinə daxil olmalısınız. Ondan sonra „Yazılar“ bölgəsində „Blogdakı yazılar“ sözünün altında əsas səhifədə görmək istədiyiniz yazıların sayını yazmaqla bunu reallaşdırmaq mümkündür.
Blogumda yazılan şərhlərdən necə xəbərdar ola bilərəm?
Blogumda yazılan şərhlərdən xəbərdar olmaq üçün „Şərhlər“ bölməsindən „Yeni şərhlər“ səhifəsinə keçərək blogunuza yazılan şərhlərdən xəbərdar ola bilərsiniz. Həmçinin istəsəniz bəyəndiyiniz şərhi sayta göndərə, bəyənmədiyinizi silə bilərsiniz.
Blogdakı yazılarıma necə şəkil yerləşdirə bilərəm?
Bunun üçün „Yeni yazı“ səhifəsindən „Rəsm yükləyin“ düyməsinə vuraraq kompyuterinizdən hər hansı bir rəsmi seçdikdən sonra avtomatik olaraq rəsm yüklənəcək və sizə bir keçid verəcəkdir. Yanındakı işarəsindən istifadə edərək rəsm keçidini götürərək „Yazı mətni“ bölgəsindəki „Şəkil əlavə et“ düyməsinə vuraraq „Şəkil keçidi“nə yazıb „Əlavə et“ düyməsini vurmaq lazımdır.
Blogdakı yazılarımda başqa saytlara və ya bloglara keçid vermək üçün nə etməliyəm?
Bunun üçün yazdığınız hər hansı bir sözü və ya cümləni qaralayaraq „Keçid əlavə et“ düyməsindən istifadə edib „Sayt keçidi“ önünə yerləşdirilməsini istədiyiniz keçidi yazaraq yazıb „Əlavə et“ düyməsini vurmaq lazımdır.
Blogumun görünüşünü (dizayn) dəyişmək üçün nə etməliyəm?
Əvvəla blogunuzun görünüşünü dəyişməyi məsləhət bilmirik. Əgər bu işdə peşəkarsınızsa, yəni bacarığınız varsa edə bilərsiniz. Əks təqdirdə etdiyiniz dəyişiklikdə hər hansı bir kod səhvi olduqda „AzeriBlog“ bunun üçün məsuliyyət daşımır. Amma blogunuzun görünüşünü dəyişmək üçün „Blog görünüşü“ bölməsindəki „CSS“ səhifəsinə keçərək ordakı kodlarda redaktələr apara bilərsiniz. Həmçinin „Blog səhifələri“ səhifəsindən istifadə edərək də, blogunuzdakı hər bir səhifənin görünüşünü digər səhifələrə uyğun olaraq dəyişdirə bilərsiniz.
Blogda hər hansı bir yazının indi yox, gələcəkdəki bir tarixdə blogda yazılması üçün nə etməliyəm?
Məsələn, siz hər hansı yazının blogunuzda bu gün yox, sabah yayınlanmasını istəyirsinizsə bunun üçün „Yazılar“ bölməsindəki „Yeni yazı“ səhifəsində yazınızı əlavə etdikdən sonra lap aşağıdakı „Dərc olunma tarixi“ bölgəsindən yazınızın nə vaxt yayınlanmaq istədiyiniz tarixi yazmağınız kifayətdir.
Blogum haqqında harada məlumat yaza bilərəm?
Blogunuz haqqında məlumat yazmaq üçün „Xüsusiyyətlər“ bölməsindəki „Ümumi“ səhifəsinə daxil olaraq „Blog məlumatı“ adlanan sahəyə öz blogunuz haqqındakı məlumatı yerləşdirərək „Dəyişikliyi qeyd et“ düyməsinə vurun.
Blogumun statistikasından necə xəbərdar ola bilərəm?
Bunun üçün „Əsas səhifə“ bölməsindən „Statistika“ səhifəsinə daxil olmağınız kifayətdir.
Azərbaycan dilindən başqa dildə blog aça bilərəm?
Bəli, bu mümkündür. Amma yaxşı olardı ki, öz ana dilimizin inkişafı üçün Azərbaycan dilində olsun. Əks təqdirdə mümkündür.
Mən blogumda xarici (fars/rus) əlifba ilə yazıram. Amma mənim yazılarıma aid olan keçid səhvdir, necə edim?
Bunun üçün „Yeni yazı“da „Yazı keçidi“ adlı bölgə var ki, siz orada yazının keçidini ingilis hərfləri ilə qeyd edə bilərsiniz.
AzeriBlogda hesabımda cəmi neçə blog yarada bilərəm?
AzeriBlogda əgər bir hesabınız varsa başqa bir hesab açmadan eyni hesabda 5 blog yaratmaq imkanınız var. Bunun üçün „Əsas səhifə“ bölməsində „Blog yaradın“ səhifəsinə keçərək yeni blogunuzu yarada bilərsiniz.
Blogumun məxsus olduğu bölməni necə dəyişmək olar?
Bu funksiyanı yerinə yetirmək üçün “Xüsusiyyətlər” bölməsindən “Ümumi” səhifəsinə keçərək “Blog Bölmə” yerondən dəyişə bilərsiniz.
“AzeriBlog”da mp3 faylı necə yerləşdirmək olar?
Bunun üçün əsasən www.boxca.com saytına və bu qəbildən olan fayl yükləmə saytlarına mp3larınızı yükləyib daha sonra keçidi öz blogunuza qoya bilərsiniz. Və ya www.imeem.com saytı kimi saytlara audio fayllarınızı yükləyərək sizə verilən kodu blogunuza əlavə edə bilərsiniz.
“AzeriBlog”da hansi fayllari yükləmək olar?
Siz blogunuza ancaq şəkil faylları yükləmək səlahiyyətinə maliksiniz. Amma digər faylların saytda mövcud olması üçün faylk yükləmə saytlarından istifadə edib, keçid qoyaraq yerləşdirmək mümkündür.
Sayqac saytlarının kodlarını bloguma necə yerləşdirim?
Hesabınıza daxil olduqdan sonra “Blog görünüşü” bölməsindən “Blog səhifələri” səhifəsinə keçin. Orada “Əsas səhifə” bu sizin blogun əsas səhifəsinin diyaznıdır və “Yazı” ki, bu da sizin yazılarınızın tam olaraq yayınlandığı səhifədir görəcəksiniz.
Blogda sayğacı yerləşdirmək üçün ən münasib yer “Müxtəlif” bölgəsidir ki, bunu siz bir az aşağı gedərək kodların içində rahatıqla görə bilərsiniz. Orada “RSS” kodunda kodundan sonra
yazıb sayğacınızın kodunu əlavə edin və “Dəyişikliyi qeyd et” düyməsinə basın. İstəsəniz “Yazı” səhifəsi üçün də eyni şeyi təkrarlayın.
Ətrafli yardim: http://help.azeriblog.com/2007/07/29/blogda-sayqac-2-2


