Fərhad Əsgərzadə

Fərhad

Fərhad (Əsgər) Əsgərzadə, 1976-cı ilin mart ayında İranın Ərdəbil şəhərində doğulmuşam. Hal-hazırda Bakıda yaşayıram, İnternet sahəsində işləyirəm və belə işlərlə çox maraqlanıram. www.azeriblog.com saytının adminiyəm və Aznet inkışafına çalışıram. Türk millətinin virtual məkani olan www.elimiz.com və türkcə ücrətsiz blog servisi www.turkblog.com saytlarını yaratmışam və idarə edirəm.

Kitab oxumağı və səyahət etməyi çox sevirəm. (Təbii ki, vaxtım olduğu zaman) İdman növlərindən üzgüçülük və futbolu çox sevirəm. Hər zaman yeni dostlar tapmağa və xoş ünsiyyətdə olmağa çalışıram. Azərbaycan musiqisini, mədəniyyətini və Azərbaycanımıza aid olan hər şeyi sevirəm. Əsasən də Bakını hər yerdən çox sevən biriyəm.

Bloglar

İdarə heyəti

Bu blog AzeriBlog İdarə Heyətinin əməkdaşlarına məxsusdur!

Vəzifə: İdarəçi Son yeniləmə: 2007-07-31 21:14:12

BUZZ!!!

AzeriBlog BUZZ!!! bloguna xoş gəlmisiniz.‎ ‎ ‎ Bu blogda biz AzeriBlog barədə olan yenilik və məlumatlarla istifadəçiləri ‎xəbərdar ‎edəcəyik. ‎ ‎"AzeriBlog"da yeni kodlar və imkanları, AzeriBlog haqqında başqa saytlar, ‎‎qəzetlər, ‎jurnallar və digər yerlərdə dərc olunan xəbər və məqalələri, ‎‎‎"AzeriBlog"da olan məşhur şəxslərin bloglarını və digər blogçuların ‎maraqlı ‎yazilarını burada təqdim edəcəyik. ‎ Buzz!!! Blog, AzeriBlog İdarə Heyətinin əməkdaşları tərəfindən yazılacaq.‎

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-06-10 16:55:15

Xəbərlər

Azəri Blog sisteminin rəsmi xəbər blogına xoş gəlmisniz! Bu blogda sistemin idarə heyəti tərəfindən, Azəri Blog barsində müxtəlif movzularda o cümlədən sistemin yeni imkanlarının təqdimati, istifadəçilərə xabardarlıq və digər zəminələrdə xəbərlər yazılacaq.

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-06-03 18:20:48

Jurnal

AzeriBlog Jurnal bloguna xoş gəlmisiniz.‎ ‎ ‎ Bu blogda biz ümumiyyətlə blog barədə olan yenilik və məlumatlarla istifadəçiləri ‎xəbərdar ‎edəcəyik. ‎ Blogun xüsusiyyətləri, blog barədə xəbərlər, xeyirləri, cəmiyyətə verdiyi tövhələr, ‎blogun cəmiyyətdəki rolu, blog yazmağın yolları və s. blog barəsində maraqlı ‎material və məlumatları buradan təqdim edəcəyik.‎ Jurnal Blog, AzeriBlog İdarə Heyətinin əməkdaşları tərəfindən yazılacaq.‎

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-02-29 19:32:42

Azəriblogun Yardım Blogu

Azəri Blog sisteminin yardım blogına xoş gəlmisiz! Bu blog Azəri blog idarə heyəti tərəfindən blog imkanları barədə müxtəlif məlumat vermək üçün, Azəri Blog sisteminin dəyərli istifadəçilərinə nəzərdə tutulub. Çalışmışıq ki bu blogda sistem barəsində ətrəfli məlumat verək, olsun ki dəyərli istifadəçilərimizin sistemdən istifadə edən zaman heç problemləri olmasın. Əgər elə düşünürsınız ki bəzi problemlər var, və biz gərək o barədə bu blogda yardım yazısı yazaq, lütfən bizimlə əlaqə saxlayın (support@azeriblog.com )

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-03-12 08:50:56

Demo

Bu Blog yalnız bir demodır və sistemin imkanların yoxlamaq üçün yaranıb.

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-06-10 12:42:36