Aytekin Əliyeva
Çoxlu yerli və beynəlxalq təlim və konfranslarda iştirak etmiş, 3 məqalə (1 İngilis, digərləri Azərbaycan dilində) müəllifi, bir neçə qrant layihələrinin qalibi, 3 müxtəlif mübadilə proqramlarının məzunudur.
2005-ci il Chico, Kaliforniya Dövlət Universitetinin yay məktəbində təhsil almış,
2006-cı il Virginiya Beynəlxalq Söz Azadlığı İnstitutunda qrup lideri kimi iştirak etmişdir.
Təhsilini davam etdirmək üçün, hal-hazırda (müsabiqədən yeni keçdiyi) İEARN Beynəlxalq Mübadilə və Əlaqələr Proqramı üzrə uzaq məsafədən (distance learning) təhsil alır.
Daha ətraflı:
http://freeexpression.azeriblog.com/2007/10/05/exchange-programs-alumni
Bloglar
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır. Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz. Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır. Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir. Aytekin Aliyeva
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-06-28 13:51:25
