anar Memisov
Düşünürəm.....
Bloglar
Odlar yurdum doğma anamsan mənim Sevgilim gül üzlü sonamsan mənim Doğma yurdum elim obamsan mənim Vətənə sevgimiz sönməz bir daha Yüksələn bu bayraq enməz bir daha Kim əsirgəryər ki axı səndən can? Neçə igid getdi yolunda qurban Dünya qalıbdı bu igidlərə heyran Oğullar bu yoldan dönməz bir daha Yüksələn bu bayraq enməz bir daha Alıbdır yağılar yenədə solu sağı Əsirdə saxlayırlar Qarabağı Yenədə atəşə tutur torpağı Yağıların atəşi dinməz bir daha Yüksələn bu bayraq enməz bir daha Necə biz atəşgaha razı olaq? Qalxaq ayağa şəhid qazı olaq Azadlığ üçün qandan yazı olaq Yoxsa ki üzümüz gülməz bir daha Yüksələn bu bayraq enməz bir daha Anarın çox borcu var vətən sənə Sənin əsgərinəm mən ölsəm yenə Çünki sən vermisən su çörək mənə Ümidlərimiz tükənməz bir daha Yüksələn bu bayraq enməz bir daha Anar Memishov Mənlə əlaqə anar704@rambler.ru
Vəzifə: İdarəçi Son yeniləmə: 2009-07-01 20:11:26
Deyirsən ayrılaq bitsin bu sevgi Ayrılsaq sevgimiz yetim qalacaq Gözümün nuru dərdimin əlacı Ayrılsaq sevgimiz yetim qalacaq Mənsiz kim saçına düzər çiçək Məni tək görənlər mənə güləcək Küçəyə atılan körpə uşaq tək Ayrılsaq sevgimiz yetim qalacaq Qəlbimdə əbədi salmısan saray Nə qalacaq bu sevgidən bizə pay Deyən olmayacaqdır birde lay-lay Ayrılsaq sevgimiz yetim qalacaq Anarın qisməti əzəldən nakam Bu sevgidən biz almadıqki ilham Bir yaşı yenicə olmuşdur tamam Ayrılsaq sevgimiz yetim qalacaq Anar Memishov
Vəzifə: İdarəçi Son yeniləmə: 2009-07-01 20:08:38
Hər şəkil bir həyatdır. Kimisi rəngli kimisi ağ qara.Hər şəkil bir andı. Həkk olunub qalıb. Bəzən baxıb söylənirik nə gözəldi bu və ya əksinə. Heç vaxt demirik ki nə gözəl yaradılıb bu və ya əksinə. Həyat davam edir. Şəkillər isə donub qalır. Şəkillər də danışır. Bəzisi güldürür,bəzisi ağladır,bəzisi isə Düşündürür. Düşünürsən fikir doğur. Erkin məllim isə deyir ki "Fikir şəraiti tikir". Atalar isə deyib ki "Papağını qabağına qoy yaxşı düşün" Mən isə deyirəm ki "Düşün görək nə YAPassan". Bu blogun əsas məqsədi güldürmək,ağlatmaq,və bunların yanında Düşündürmək olacaq. İmza:Anar Məmişov
Vəzifə: İdarəçi Son yeniləmə: 2009-07-01 20:07:31
