Fəxri Uğurlu
Uğurlu Fəxri (Əliyev Fəxri Ağa oğlu) 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə orta məktəbi bitirib, elə həmin il Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 1987-89-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə universiteti bitirib.
1986-cı ildən mətbuatda bədii yazılarla çıxış edir. Hələ tələbə ikən üç kitabı – “Tək ağac”(1992), “Diləklərin azması”(1993), “Oğuznamələr”(prof. Kamil Vəliyevlə birlikdə - 1993) işıq üzü görüb. Sonralar daha üç kitabı – “Üç kəndin bir dərdi”(şəhidlər haqqında – 1995), “Uşaqların mahnısı”(1999), bir də “Mövlana Cəlaləddin Rumi və onun “Məsnəvi”si”(2007) çap olunub.
1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən “Yol”, “525-ci qəzet”, “Müxalifət” qəzetlərində çalışıb, “Rezonans”, “İntibah” qəzetlərinin baş redaktoru olub. 2000-ci ildən isə təsisçisi olduğu “Avropa” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Evlidi, bir oğlu var.
