Haci Arif
Hacı Arif Buzovnalı (Arif Rauf oğlu Əliyev) 1972-ci ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987-ci ildən yaradıcılığa başlamışdır. "Ömrün ötən anları", "Mərifətdən həqiqətə", "Səhərimə nə qalıb ki" və "Xəzərim" adlı dörd kitabın müəllifidir. Azərbaycan mətbuatında müxtəlif mövzularda çoxsaylı məqalələrlə çıxış edib. Füzuli aşiqidir.
