İlqar Fəhmi
İlqar Əli-Abbas oğlu Paşayev - yazıçı, şair, publisist, tərcüməçi, dramaturq və ssenarist.
1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Sənli sözüm gəldi sənə", "Ölüm gözəldi, yoxsa sən?!", "Aktrisa", "Bakı tarixindən kollaj", "Akvarium" və "Qarğa yuvası" kitabları çap edilib. 2002-ci ildə "Axırıncı Qatar" (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib.
2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına layiq görülüb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib.
Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.
Bloglar
İlqar Əli-Abbas oğlu Paşayev - yazıçı, şair, publisist, tərcüməçi, dramaturq və ssenarist. 1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir. 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Sənli sözüm gəldi sənə", "Ölüm gözəldi, yoxsa sən?!", "Aktrisa", "Bakı tarixindən kollaj", "Akvarium" və "Qarğa yuvası" kitabları çap edilib. 2002-ci ildə "Axırıncı Qatar" (İtlər) pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. Dünya ədəbiyyatından tərcümələr edib. 2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına layiq görülüb. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-10-11 15:43:19
