GENC
Bloglar
«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub. Təşkilatın təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Bakı Məktəblilərinin Parlamenti yaradılmış, Azərbaycan Uşaqların I və II Qarabağ Forumları yüksək səviyyədə-dövlət rəsmiləri, millət vəkillərinin iştirakı ilə təşkil olunmuşdur. «Gənc Liderlər» həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə bir neçə aylıq «Təhlükəsiz piyada» aksiyasının müəllifidir. Bundan əlavə, «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə millət vəkili Nizami Cəfərovun ön sözlüyü və tarix elmləri namizədi Tahir Şahbazovun redaktorluğu ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın şərəfinə «Mehriban Əliyeva olduğu kimi» adlı kitab nəşr olumuşdur. Təşkilat hələ 2 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, ölkə səviyyəsində tanınmış quruma çevrilmişdir. «Gənc Liderlər» hal-hazırda Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri, Ombudsman Aparatı, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi, Səbayel rayon İcra Hakimiyyəti və bir sıra qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir. «Gənc Liderlər» Uşaq Təşkilatı məhsuldar fəaliyyəti nəticəsində cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazana bilmişdir. Bu gün təşkilatımızın «Fəxri üzvləri» sırasında Təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yazıçı-Publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli,«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Təhsil nazirinin müavini İradə Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Ülvi Quliyev, Zahid Oruc, Fəttah Heydərov, Nizami Cəfərov, Yaqub Mahmudov, Elmira Axundova, Aqil Abbas, Fuad Muradov, Əkrəm Abdullayev, Adil Əliyev, Aydın Mirzəzadə, Nazim Məmmədov, Azay Quliyev və digərləri var. Təşkilatın sədri Fərid Şahbazlı 7 saylı məktəbin 11-ci sinif şagirdi, «Siyasi Biliklər» və bir neçə digər olimpiadanın mükafatçısı, Respublika Uşaq Parlamentinin üzvüdür.
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-10-01 17:48:08
