Vüsal Məmmədov
Salam, dostlar.
Bu bloqda sizə hər şeydən əvvəl, bir stəkan pürrəngi çay təklif etmək istərdim, amma... eybi yox, qalsın sonraya; inşallah, günlərin birində sayımız artanda toplaşıb çay da içərik, lazım olsa, lap, çay da keçərik.
Hələliksə burada mənim müxtəlif mövzulardakı yazılarımı oxuya bilərsiniz. Qeyd edim ki, onların bir qismi "Mərkəz" qəzetində də çap olunurlar. Əminəm ki, bu yazıları bəyənəcəksiniz.
Yazılardan istifadə etmək istəyən olsa - buyurun, mən paxıl deyiləm; amma bir şərtlə: istinad etməyi unutmayın.
Fikir və münasibətlərini burada qeyd edənlərə isə söz verirəm ki, məsələ təkcə çayla yekunlaşmayacaq.
Gəlin, yazaq, oxuyaq - görək, başımıza nə gəlir; bəlkə, bir yana çıxdıq... (Əgər söhbət çalıb-oxumaqdan getsəydi, onda "bəlkə"siz yazacaqdım)
Bloglar
Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür! P.S. Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın. * * * İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir. A.Onassis, milyarder *** "Великие дела вершатся не сверхусилиями, а упорством". Елена Блаватская *** Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова. Альберт Эйнштейн *** Либо Вы - часть решения, либо – часть проблемы! Элдридж Кивер, американский специалист по менеджменту *** "Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным." Шри Ауробиндо
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-08-20 17:27:11
XeberName.com saytının rəsmi bloguna xoş gəlmisiniz. Blogda XəbərNamə saytına aid xəbərlər və onun barədə olan mövzular dərc olunacaq. Blogdakı yazılar XəbərNamə İdarə Heyətinin əməkdaşları tərəfindən yazılır.
Vəzifə: Redaktor Son yeniləmə: 2008-03-10 01:22:02
İnsan gördüyünü düşünür, yoxsa düşündüyünü görür? Hmmm... Çooox çətin bir sual. Məncə, düşündüyünü görür. Biz hər şeyi eyni cür görürük, çünki həyatımız boyu eyni şablonlarla düşünürük. Sadəcə şablonu bir balaca dəyişsək - ooooo! tam yeni bir dünya sərilir önümüzə. Şablonlardan azad edilmiş düşüncənin adı KREATİV düşüncədir. Yaradıcılıq buradan başlayır. Sizi kreativ düşünməni öyrənməyə səsləyirəm. Auuu... *** Deməli, işimiz nə olacaq. Dünya mediasında belə bir janr var: şəkilaltı yazı. Şəklə baxırıq və onu TAMAM BAŞQA CÜR YOZARAQ, həmin yozuma uyğun şəkilaltı yazı fikirləşməyə çalışırıq. Sizin fantaziyanız nə qədər azadır? Nə qədər uzağa uça bilir? İndi görəcəyik. Çalışın, şəkilaltı yazılar mükün qədər məzəli olsun. Absurd məzə lap əla! Normal halda bu proses sizə ləzzət eləməlidir. Düşündükcə beyninizin SIRADIŞI, şablondankənar düşünmə qabiliyyətini kəşf edəcəksiniz. Orijinal düşüncə bundan başlayır! *** Və unutmayın: insanda olan ən qiymətli hiss - yumor hissidir.
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-04-16 23:44:46
