PARVİZ
Bloglar
Sən tənbəl və məsuliyyətsiz bir mirzə, bir katibsən. Yaxanı çaki-giriban eləyib aləmə sərgiləməyincə el nədi, heç məni də inandıra bilməzsən. Və bu yat-yatı varlığınla, vücudunla sübh səhərdən ta şami-qəribandan da o yana, yəni məsəlçün saatın onikisinə, ikisinə, üçünə lap dördünəcən zamanını çalışmaqla keçirirsənsə və sən buna məcbursansa; it kimi əldən düşüb evə dönürsənsə; bu yükün altında yenə nəsə yaza bilirsənsə, qardaşım, mən sənə qibtə eləyirəm, mən sənə səcdəyə düşürəm! Sən Füzulidən də, Dostoyevskidən də, Kafkadan, Kamüdən də, Markesdən Folknerdən də böyüksən! Atam, inan mənə ki, böyüksən... Amma sən heç Anar belə ola bilməyəcəksən.
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-10-11 22:24:07
Allah “öldürmə!”,- deyir, ama özü öldürür; burdan belə çıxır ki, öldürməklə Allah özü də qatildi, həm də qətllərini killerinə sifariş verib törədir, özündən əlavə başqa birini də cinayətə qoşan mafiya babasına oxşayır; ya da bunlar “Kitab”ların qondardığı cəfəngiyyat və böhtandı; Allah bir dəfə yaratmaqla olum-ölüm məsələsindən insanların özlərinin özlərinə qoyacağı NÖQTƏYƏ kimi yaxasını və ya əlini bilmərrə kənara çəkib.
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-01-16 12:13:57
