ramil-cabbarov

Mən Cabbarov Ramil Şahin oğlu 1988-ci il yanvar ayının 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngibasar rayonunun (indiki Masis) Zəngilər kəndində anadan olmuşam. Elə həmin ildə başlamış Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar Azərbaycana departasiya olunmuşam. Departasiya nəticəsində ailəmlə birlikdə Bakı şəhəri Sabunçu rayonu Bakixanov qəsəbəsinə köçmüşəm. Təhsilimi 1994-cü ildə Bakixanov qəsəbəsi Nəsimi Rzayev adına 169 saylı orta məktəbdə almışam. 2005-ci ildə bu məktəbin məzunu olmuşam. Elə həmin ildə ali biliklərə yiyələnmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etmişəm. İmtahanda müvəffəqiyyət qazanaraq Azərbaycan Dövlət Neft Akademiyasının “İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment” fakultəsinə daxil olmuşam. Hal-hazırda bu fakultənin “Neft emalı və neft-kimya sahələrində Marketinq” sahəsi üzrə təhsil alıram. Bundan əlavə Akademiya daxilində müəyyən ictimai fəaliyyətlərdə yaxından iştirak edirəm. Tələbə Həmkarlar İttifaqı Komitəsinin İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakultəsi üzrə sədr müavini vəzifəsində fəaliyyət göstərirəm. Bundan əlavə ölkədə gedən siyasi irəliləyişi görür və dəstək verirəm. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon bölməsində qeydiyyatdayam. Xalqımızın müstəqil, firavan və işıqlı gələcəyi uğrunda əlimdən gələni edəcəyimə söz verirəm.
Sual, təklif və tənqidlərinizi bu ünvanda gözləyirəm: ramil-cabbarov@mail.ru
Bloglar
<<Qürurum istifadəçi məmnuniyyətidir>> Əziz Sayt istifadəçiləri! Əgər SİZ arzuladığınız hər hansı bir xəbər, proqram,video ,mahnı ,şəkil və s. mənim saytımda görmək istəyirsinizsə, buyurub mənə məktub və ya sadəcə şərh yaza bilərsiniz. Sifarişlər PULSUZSDUR!!! e-mail: ramil-cabbarov@mail.ru
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-09-24 16:07:59
