Rəşaiq M.Bayramov
10 iyun 1981-ci il tarixdə Şamaxı rayonunun Cəmcəmli kəndində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Cəmcəmli kənd orta məktəbinin I sinfinə qəbul edillib. 1998-ci ildə Rauf Babaşov adına Cəmcəmli kənd orta məktəbini bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” fakültəsinə qəbul olub. Lakin səhhəti ilə əlaqədar olaraq təhsilini davam etdirə bilməyib. 2000-ci ildə Bakı Biznes Universitetinin “Gömrük işinin təşkili” fakültəsinə qəbul olub. 2005-ci ildə Bakı Biznes Universitetinin “İnzibati idarəetmə” fakültəsinin “Gömrük işinin təşkili” ixtisasını bakalavr pilləsi üzrə bitirərək həmin ildə Bakı Biznes Universitetinin “İnzibati idarəetmə” fakültəsinin “Gömrük işinin təşkili” ixtisası üzrə magistraturasına qəbul olub. Hazırda həmin universitetin III kurs magistridir. 2005-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən təsis edilmiş Azərbaycan Gənclər Parlamentinə üzv seçilib. Həmin ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı vergi şüarı” müsabiqəsinin qalibi olub. Yeni Azərbaycan Partiyasının üzvü, “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının Qobustan rayonu üzrə nümayəndəsi, Qobustan Gənclərinin “Gələcək” Maraq Klubunun rəisidir.
Bloglar
Blog gündəlik məlumatlar və yeniliklər, maraqlı hadisələr haqqında məlumat verməkdən ibarətdir. Blogu ziyarət edən hər bir şəxsə təşəkkür və minnətdarlığımı bildirirəm. Sizlərə olan ən xoş arzularımla Rəşaiq M.Bayramov
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-05-13 09:32:51


