CavidAn

ryabina

Bir cənub şəhərində doğuldum...
"Cənub mirvarisi" də deyirlər bura...
Burada dağlara söykənib dənizi seyr etmək qədər gözəl bir həyat şansı var...
Mən C. Templtonun bir fikriylə tamamilə razıyam ki, "əgər sən hətta siçan tələsini belə başqalarından daha yaxşı düzəldə bilirsənsə, sənin evin keçilməz meşədə də olsa, qapına cığırlar açılacaqdır..."
Hərdən mənə elə gəlir ki, qarşımda bir qalaq SÖZ var...Hər biri yazılmaq, oxunmaq, sevilmək istəyir...
Mənsə yalnız özümə lazım olanları seçirəm...saxlayıram...qalanlarını isə sadəcə süpürüb atıram...
Çox qəddaram...sevmədiyim sözlərə qarşı...

Bloglar

CavidAn - səhra küləyi...

Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağı Nə baxırsan göyə sən? Deyirsən ki, günəş çıxıb, Qar əriyir deyəsən… R.Rövşən

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-08-18 14:53:42

Ay işığı...

Vəzifə: İdarəçi Son yeniləmə: 0000-00-00 00:00:00