Zyklon-B
Bloglar
Artıq yetişib, hürriyyətin anları - Qalxın Qalxın yeni əsrin, yeni insanları - Qalxın. Türk torpağı öz övladının cəngini bəklər Işğalçıların üstünə qalxsın, dəyənəklər Əfsus, dağıdıb ölkəni caynaqlı köpəklər Ey yurdumuzun şirləri, aslanları - Qalxın Qalxın yeni əsrin, yeni insanları - Qalxın. Hakim kəsilənlər bizə - əcdadı bilinməz Haqsızlığa vicdanı susanlar, niyə dinməz? Türk övladı üsyanlara hazırdı, çəkinməz Sizsiz vətənin sultanı, xaqanları - Qalxın Qalxın yeni əsrin, yeni insanları - Qalxın. Fırlandı zaman, tarixi dövran da yetişdi Qurtulmağımız kifli klandan hünər işdi Iblis yerinə - postunu şeytanla dəyişdi Məhv etməyə iblisləri, şeytanları - Qalxın Qalxın yeni əsrin, yeni insanları - Qalxın. Bozqurd ucalıqdan düşə bilməz - Uca qalsın Qan təşnələrindən, qana-qanlarla öc alsın Gur səslə, Azərbaycanımın himni ucalsın Seç, hansı böyükdür, iri meydanları - Qalxın Qalxın yeni əsrin, yeni insanları - Qalxın.
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-09-23 23:33:55
