"DALGA" Youth Movement

info

Bloglar

DALĞA GƏNCLƏR HƏRƏKATI

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 12 Fevral 2005 – ci ildə yaradılıb. Yarandığı qısa müddət ərzində 100 – dan çox gənci öz ətrafında toplamışdır. Dalğa GH mərkəzi Bakı şəhərində yerləşir və Gəncə şəhərində isə nümayəndəliyi fəaliyyət göstərir. Hal – hazırda Hərəkatın Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200 – dan çox üzvü vardır. Dalğa GH qeyri hökumət və mənfəət güdməyən təşkilatdır. Dalğa GH – nin əsas məqsədləri demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yardım etmək, gənclər arasında məsuliyyətli, fəal və demokratik vətəndaşlıq konsepsiyasını, humanizm prinsipini, müasir mədəniyyəti və təhsili təbliğ etmək, ictimai proseslərdə gənclərin iştirakçılığını artırmaq üçün hüquqi maarifləndirməni həyata keçirməkdir.

Vəzifə: İdarəçi Son yeniləmə: 2008-04-23 14:01:26