Vüqar Baba
1986-cı il, oktyabrın 8-dən bəri yaşayıram
2004-cü ildən Bakı Dövlət Universitetinə həftədə 4-5 dəfə gedib-gəlirəm. Adımı Jurnalistika fakültəsində üstündə 1056 yazılan bir jurnala yazıblar. Ancaq bu il sondu. 2008-ci ilin İyulundan adım heç o jurnalda da olmayacaq.
Başqa da ki, kim haqqımda nə bilmək istəyir özümdən soruşsun...
Bloglar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...
Vəzifə: İdarəçi Son yeniləmə: 2008-09-19 09:44:29
