"AzeriBlog" saytının istifadəçiləri ilk növbədə blog yaratmazdan əvvəl burda olan şərtləri tam oxuyub və qəbul etdikdən sonra saytın geniş imkanlarından istifadə edə bilərlər.
Əgər burda yazılan qaydaları qəbul etmirsinizsə blog yaratmamağınız tövsiyə olunur.
Siz blog yaratmaqla bu şərtləri qəbul etmiş sayılırsınız:
- "AzeriBlog" istifadəçilərə xəbər etmədən yazılan qanun-qaydalarda dəyişiklik etmək haqqına sahibdir. Dəyişikliklər qaydaların hamısının və ya bir hissəsinin reallaşması ilə də mümkündür. İstifadəçilərin bu şərtlərlə tanış olmamaq üzrləri heç zaman qəbul edilə bilməz. Ona görə də istifadəçilər mütəmadi saytın şərtləri ilə heç olmasa ayda bir dəfə tanış olmalıdırlar.
- "AzeriBlog" saytında qeydiyyatdan keçən hər bir istifadəçi əgər iki ay ərzində bloga 3 yazıdan az material əlavə etsə həmin blog avtormatik olaraq silinəcəkdir. Çünki bu bizim məqsəd və prinsiplərimizə mənfi təsir göstərən amillərdəndir, həmçinin texniki yöndən də lazımsız bir addımdır.
- "AzeriBlog" saytda olan bəzi imkanları ixtisar etmə və yaxud artırma, həmçinin müəyyən texniki, dizayn və s. dəyişikliklər etmə haqqına sahibdir.
- Bu müqaviləyə əsasən “AzeriBlog” öz istifadəçilərini müdafiə edir və onların məlumat və materiallarının başqa bir sayt və ya şəxslər tərəfindən mənimsənilməsinə izin vermir. Təbii ki, qanunlar çərçivəsi daxilində.
- "AzeriBlog" çalışır ki, hər zaman öz istifadəçilərinin hüquqlarını müdafiə etsin. Və siz istifadəçilərdən də xahiş olunur ki, hesab məlumatlarını gizli salasınlar və şifrə seçərkən ehtiyatlı davransınlar, çətin şifrə seçsinlər. Şifrənin başqa istifadəçi və ya şəxslər tərəfindən bilinməsinin “AzeriBlog” heç bir aidiyyatı yoxdur. Əks təqdirdə bizimlə əlaqə saxlayaraq şifrənin dəyişdirilməsini təmin edə bilərik.
- "AzeriBlog" istifadəçisi istifadəçi adının sadəcə özünə aid olduğunu və bu haqqın istifadəsi ilə əlaqədar öz istifadəçi adı və şifrəsiylə edilən hər bir əməliyyatdan məsuliyyət daşıdığını qəbul edir.
- "AzeriBlog"da istifadə olunan yazılar, fikirlər, şəkillər və hər cür material, məlumatlardan ancaq və ancaq blog istifadəçisi məsuliyyət daşıyır. “AzeriBlog” ilə blog istifadəçisinin fikir və düşüncələri üst-üstə düşməyə bilər.
- "AzeriBlog" xidməti alan istifadəçinin dinə, milli dəyərlərə, ümumi əxlaq və etikaya, mentalitetə, adət-ənənəyə qarşı və başqalarının dəyərlərinə hörmətsizlik niyyəti ilə istifadə etməsi qadağandır.
- AzeriBlog istifadəçisinin hər hansı bir dövlət əleyhinə kəskin yazılar yerləşdirməyi və anti təbliğat məqsədli fəaliyyət aparmağı qadağandır.
- "AzeriBlog" istifadəçisi Azərbaycan Konstitusiyasına əməl etməyi qəbul etmişdir. Və qanuna qarşı gələcək işlərdən çəkinməlidir. Əks təqdirdə bütün hüquqi və cəza hökmləri təmamən istifadəçiyə aid olacaqdır.
- İstifadəçi hər hansı bir hüquqi şəxsdən hər hansı materialı istifadə edərsə o şəxsin izni ilə keçidlərdən (link) istifadə edə bilər.
- "AzeriBlog" üzərindən istənilən reklamın edilməsi mümkündür. Fəqət edilən reklamların yuxarıda bildirilən qayda və çərçivələri keçməməlidir. Əks təqdirdə “AzeriBlog” İdarə Heyəti lazımı addımlar atmaqda sərbəstdir.
- Blog istifadəçilərin krek (crack) və xak (hack) niyyətli dərslər və materiallardan istifadə etmələri qadağandır.
- Blogda hüquqi cəhətin əhəmiyyəti vacibdir və hər-hansı şəxs, şirkətin haqqlarına hörmət etmək bütün istifadəçilər üçün vacibdir.
- İstifadəçinin bu saytda bir adla bir neçə hesab açmaq izni yoxdur.
- Hər hansı istifadəçinin yuxarıdakı qaydaları pozduğu halda “AzeriBlog” heyəti həmin anda istənilən addımı atmaqda sərbəstdir və bu idarə heyətinin qərarından asılıdır.
- İstifadəçilər qeydiyyatdan keçdikdən, şifrəni unutduqdan, yazılarına şərh yazıldıqdan sonra e-mail ünvanlarına gələcək olan məktuba etiraz bildirməyəcəklərini qəbul edirlər.
- Gələcəkdə yaradılan blog səhifələrində saytın maddi ehtiyaclarının qarşılanması məqsədiylə reklam yerləşdirilməsi hallarının yaranması ehtimalı yüksəkdir və istifadəçilərin bu hala etirazı qəbul olunmazdır.
Yuxarıda qeyd olunan şərt və qaydalar istifadəçi “AzeriBlog” xidmətindən istifadəyə başladığı andan etibarən qüvvəyə minir.


